Marneulidə bu il 1318 nəfər 12-ci sinifi bitirəcək

Marneuli bələdiyyəsi miqyasında bu il 12-ci sinifi 1318 nəfər bitirəcək.



Yerli Resurs Mərkəzin rəhbəri Əli Qəhrəmanov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, məktəblərdə “Son zəng” 19 may tarixində çalınacaq.

Marneuli şəhər Təhsil-Resurs Mərkəzinin fəaliyyət göstərdiyi ərazidə olan 74 ictimai məktəbdən 56 məktəb orta pilləlidir. Müvafiq olaraq, 2022-2023-cü ildə 12-ci sinifi 1318 nəfər şagird bitirəcək” – Qəhrəmanov bildirdi.

12-ci sinifdən sonra birinci siniflər tətiıə çıxacaq. Onlar üçün tətil 27 may tarixində başlayacaq.

Məktəbin digər şagirdləri üçün isə yay tətili 15 iyunda başlayacaq.


 

Print ელ. ფოსტა
FaceBook Twitter Google