Marneuli yerli özünüidarəsi 2024-cü ildə Novruz bayramında
konsert təşkil edilməsi üçün xərcləri ötən ilə nisbətən ikiqat
artırıb.
Marneuli meriyası 2024-cü ildə Novruz bayramı ilə əlaqədar
tədbirlərin təşkil edilməsi xidmətinə 163 250 lari xərcləyəcək.
Meriya 2023-cü ildə Novruz bayramının təşkil edilməsinə 82 541 lari
xərcləmişdi.
Meriya tərəfindən elan edilmiş tenderə görə, konsertdə
Azərbaycandan dəvət edilmiş müğənnilər də ifa edəcəklər.
“Azərbaycanda fəaliyyət göstərən, tanınmış 1 ya 3 (xanım, bəy), 45
yaşa qədər, çox sayda albomu olan müğənni. Repertuar müddəti - ən
az 45 dəqiqə.
Duet – xanım və bəy ifa etməlidirlər, onların repertuarı ən az 30
dəqiqə olmalıdır.
Aşıq xanım, müxtəlif müsabiqələrdə iştirak təcrübəsi olmalıdır,
azərbaycandilli mahnılarla çıxış etməlidir, ən az 10 dəqiqəlik
repertuarı olmalıdır.
Azərbaycan estrada mahnılarının ifaçısı, kişi müğənni, 30-40
yaşlarında, hər biri ən az 2 mahnı oxumalıdır”, -
tender sənədlərində qeyd olunub.
Tender sənədlərinə görə, bayramda “Bahar qızı, Dədə Qorqud, Kosa və
Keçəl” rollarının ifa edilməsi üçün aktyorlar dəvət olunacaq.
Fayton yürüşü üçün 4 aktyor, animatorlar və ənənəvi musiqi
alətlərinin ifaçıları.
Ötən il olduğu kimi, Novruz bayramında tonqal yandırılacaq, idman
yarışları keçiriləcək və yerli sahibkarların öz məhsullarını
sərgiləməsi üçün məkan ayrılacaq. Konsertdə eləcə də ənənəvi
Azərbaycan yeməkləri və şirniyyatlarını dadmaq da mümkün
olacaq.
Marneuli meriyası Novruz bayramı ilə əlaqədar tədbirin təşkil
edilməsi xidməti üçün 13 fevral tarixində tender elan edib.
Tenderdə iştirak etmək istəyən şirkətlər 23 fevraldan 26 fevral
tarixinə qədər öz təkliflərini təqdim edə bilərlər.
“Novruz” – fars sözüdür. Onun birinci hissəsi, “nov” yeni, ikinci
hissəsi – “ruz” isə gün deməkdir. Novruz bayramı yazın gəlişi, bəzi
ölkələrdə isə yeni il bayramı kimi qeyd olunur. Bayram süfrəsinə
xüsusi diqqət yetirilir – xüsusilə bu gün üçün üç şiniryyat –
Şəkərbura, qoğal və paxlava hazırlanır. Eləcə də qırmızı yumurtalar
boyanır və səməni xonçasına düzülür.
21 mart tarixinə qədər 4 çərşənbə qeyd olunur. Çərşənbələr hər
çərşənbə axşamı günü keçirilir. Bu etnik azlıqların kimliyinin bir
hissəsidir. Çərşənbə həyat üçün mühüm olan dörd ünsürlə
əlaqədardır: su, yel, torpaq və od.
Qeyd edək ki, Novruzun qeyd olunmasının qədim qaydasının təsvir
edilməsinə “Pələng Dərisi Geymiş Pəhləvanda” da rast gəlirik.