Marneulidə Rustaveli küçəsində kanalizasiya partlayıb
Marneuli şəhəri, Rustaveli küçəsində kanalizasiya quyusu partlayıb. Kanalizasiya quyusu Rustaveli küçəsi 118 ünvanı yaxınlığında sıradan çıxıb. Kanalizasiya sistemi sıradan çıxdığı üçün bir neçə gözəllik salonu işləyə bilmir.

Marneuli merinin nümayəndəsi Elçin Cəfərlinin “Marneuli” radiosuna bildirdiyinə görə, Rustaveli küçəsindəki kanalizasiya sistemi “Gürcüstan Birləşmiş Su Təchizat Şirkəti”-nin balansdadır. Cəfərlinin sözlərinə görə, qəza ilə bağlı artıq şirkətə məlumat verilib.

“Gürcüstan Birləşmiş Su Təchizatı Şirkətindən” “Marneuli” radiosuna bildirdilər ki, qəza ilə bağlı onlara bildiriş daxil olub, məlumat aidiyyəti qrupa çatdırılacaq və problem mərhələli şəkildə həll olunacaq.



Print ელ. ფოსტა
FaceBook Twitter Google