Marneulidə baş vermiş qəza ilə bağlı Daxili İşlər Nazirliyi istintaqa başlayıb

6 mart tarixində Marneulidə baş vermiş qəza ilə bağlı Daxili İşlər Nazirliyi Cinayət Məcəlləsinin 276-cı maddəsinin 6-cı hissəsi ilə istintaqa başlayıb.


Həmin maddə nəqliyyat vasitəsinin təhlükəsizlik və ya istismarı qaydalarının pozulması nəticəsində insan ölümünə səbəb olmanı nəzərdə tutur.

Törədilmiş cinayətə görə dörd ildən yeddi ilə qədər azadlıqdan məhrum etmə, vəzifə tutmaq və ya üç ilə qədər müddətə işləmək hüququndan məhrum etmə cəzası nəzərdə tutulur.

6 mart tarixində Marneuli şəhərində ictimai nəqliyyatın sürücüsü yol qəzası nəticəsində dünyasını dəyişib. Hadisə saat 10:00 radələrində mərkəzi meydanda, polis binasının qarşısında baş verib.

Qəza nəticəsində 1 nömrəli marşrut üzrə hərəkət edən mikroavtobusun sərnişinləri də xəsarət alıblar. Marneuli “Geo-Hospitals” klinikasından “Marneuli” radiosuna verilən məlumata görə, təcili yardım iki xəstəni onların klinikasına aparıb.


 

Print ელ. ფოსტა
FaceBook Twitter Google