Marneulili veteran cüdoçular Gürcüstan çempionatında uğurla mübarizə aparıblar

Marneulili veteran cüdoçular Gürcüstan çempionatında uğurla mübarizə aparıblar. Yarış 6 mart tarixində, Tbilisi şəhərində, Cüdo Akademiyasında baş tutub.

Bu barədə Marneuli İdman Məktəbi məlumat yayıb.
  • 66 kq çəki kateqoriyası, birinci yer – Vaja Mumladze(71 yaş)
  • 73 kq çəki kateqoriyası, birinci yer – Rza Abbasov (32 yaş)
  • 81 kq çəki dərəcəsi, ikinci yer – Sandro İakobaşvili (35 yaş)
  • 90 kq çəki dərəcəsi, üçüncü yer – Zaza Davadze (34 yaş)
  • 90 kq çəki kateqoriyası, üçünçü yer – Emzar Kaldani (54 yaş)
“Qeyd edək ki, mükafata layiq görülən veteran cüdoçuların əksəriyyəti Marneuli İdman Məktəbinin əməkdaşlarıdır və gələcək nəsil idmançıların yetişdirilməsinə öz töhfələrini verirlər. Ümid edirik ki, onlar Marneuli və Gürcüstanın adını beynəlxalq arenada dəfələrlə ucaldacaqlar", – İdman Məktəbi yazır.

Avropa və dünya çempionatlarında mübarizə aparacaq Gürcüstanın veteran cüdoçularından ibarət komandası qalib idmançılardan formalaşıb.


 

Print ელ. ფოსტა
FaceBook Twitter Google