Qızılhacılı kənd inzibati binasının bərpasına 211 427 lari xərclənəcək

Marneuli yerli özünüidarəsi Qızılhacılı kəndində inzibati binanın bərpasını planlaşdırır.

Marneuli meriyasının elan etdiyi tenderə görə, inzibati binanın hər iki mərtəbəsi, dam örtüyü, həyət və hasarı bərpa olunacaq.

“Obyektin bərpasına başlayana qədər sökmə-daşıma işlərinin həyata keçirilməsi mütləqdir.
Əsas işlər bu mərhələlərdən ibarətdir: Binanın daxili hasarının tikintisi, binanın yerli ümumi istifadə üçün mühəndis-kommunal şəbəkəsinin qurulması əhatə edir: elektrik xətlərinin çəkilməsi, qapı və pəncərələrin qurulması, daxili bəzək-divarlar, döşəmələr, tavanlar, məhəccərlər”
– Qızılhacılı kənd inzibati binasının bərpası layihəsində qeyd olunub.

Marneuli meriyası Qızılhacılı inzibati binasının bərpasına 211 427 lari xərcləyəcək.

Yerli özünüidarə tenderi 17 aprel tarixində elan edib. Tenderdə iştirak etmək istəyən şirkətlər 3-8 may tarixlərində öz təkliflərini təqdim edə bilərlər. Tenderdə qalib gələcək şirkət müqavilə bağlandıqdan sonra 90 gün ərzində işləri təhvil verməli olacaq.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google