Yeni ildən sonra soğan bahalaşıb – gürcü bazarında yerli məhsulu idxal olunan məhsul əvəz edib
East Fruit-in monitorinq qiymətləndirməsinə görə, soğan şərqi Avropa və Mərkəzi Asiyada da bahalaşıb.
Məhsulun ən ucuz qiyməti Tacikistanda qeydə alınıb. Orada fermerlər 1 kq soğanı 10 sentə təklif edirlər. Keçən ilin son dövrünün qiymətinə əsasən bu 6%-lə artıqdır.

Rusiyada soğanın qiyməti müqayisədə 4%-lik artıb. Bu məhsulun dəyəri 22 sentdir.

Ukraynada soğanın dəyəri 42 senti aşıb, bu 7%-lik artıma bərabərdir.

Ekspertlərin qiymtələndirməsinə görə, məhsulun bahalaşması əsasən çatdırılma probleminə bağlanır. Buna isə qar yağımı səbəb olub.

Qeyd edilməlidir ki, Gürcüstan və Moldovada soğanın qiyməti demək olar ki, Ukraynaya bərabərdir. Moldovada məhsul 41 sentdir, bu isə qiymətin 17% artıması deməkdir. Gürücstanda isə soğan 42 sentdir. Nəticədə gürcü fermerlər yerli soğanın satışını dayandırıblar. Bazarı tamamilə idxal olunan məhsul təmin edir.

Mənbə: www.bpn.ge
Print ელ. ფოსტა
თეგები: ხახვი
FaceBook Twitter Google