Elektrik enerjisinin qiyməti Gürcüstanda və qonşu ölkələrdə necədir
Gürcüstan Energetika və Su Təchizatının Tənzimlənməsi Milli Komissiyası (GNERC) 2019-cu il üzrə fəaliyyət hesabatını yayımlayıb.
Sözügedən sənəddə müxtəlif ölkələrdə elektrik enerjisinin və təbii qazın qiymətləri əks olunub. GNERC təxminən 40-41 ölkənin ödənişlərini bir-biri ilə müqayisə edib.

Analizə görə, Gürcüstan elektrik enerjisinin məişət tarifi bölgə ölkələri arasında ən yüksək olanlardan biridir. Daha dəqiq desək, Gürcüstanda elektrik enerjisnin 1 kvt.saatı 18.89 tetridir.

Bu qiymət Azərbaycanda - 13.88 tetri, Ukraynada - 14.13 tetri, Rusiyada isə 16.34 tetriyə bərabərdir.

Elektrik enerjisinin Gürcüstanla müqayisədə baha olduğu ölkələr Ermənistan (24.69 tetri) və Türkiyədir (27.09 tetri).

Mənbə: BPN
Print ელ. ფოსტა
FaceBook Twitter Google