ABŞ-da aktyor Alek Balduinin iştirakı ilə filmin çəkilişləri zamanı
bir nəfər silahlı hadisə nəticəsində həlak olub, daha bir nəfər
yaralanıb.
Bu barədə TMZ portalı bildirib.
Məlumata görə, hadisə Nyu-Meksika ştatında "Rust" ("Pas")
vesterninin çəkilişləri zamanı qeydə alınıb.
Bildirilir ki, hadisə tapançadan atəş vaxtı baş verib. Belə ki,
silah boş patronlar tərəfindən doldurulmalı imiş. Atəş zamanı
filmin rejissoru körpücük sümüyündən yaralanıb, 42 yaşlı qadın
operator Alina Xatçins isə ağır xəsarət alıb və helikopterlə
Albukerk şəhərinin xəstəxanasına çatdırılıb, həkimlər onun həyatını
xilas edə bilməyiblər.
Digər mətbuat orqanları da yazıb ki, Alek Bolduin filmin
çəkilişində iştirak edib, filmin çəkilişləri dayandırılıb.
Santa-Fe dairəsi şerifinin ofisi çəkiliş meydançasında rekvizitin
tətbiqi ilə bağlı hadisənin olmasını təsdiqləyib. O, qeyd edib ki,
atəşi elə aktyor Alek Bolduinin özü açıb. Hələlik aktyora qarşı
ittiham irəli sürülməyib.
“Variety” jurnalı isə bildirib ki, faktla bağlı araşdırma aparılır.
Hadisənin ehtiyatsızlıqdan baş verdiyi istisna olunmur.