“The New York Times” (NYT) nəşri süni intellektin müəllif
hüquqlarını pozduğuna görə “OpenAI” və “Microsoft” texnologiya
şirkətlərinə qarşı məhkəməyə müraciət edib.
İddiaya əsasən, cavabdehlər çatbotlarını öyrətmək üçün NYT
tərəfindən yaradılmış milyonlarla xəbər məhsullarından pulsuz
istifadə edirlər. Nəticədə informasiya mənbəyi kimi qəzetlə rəqabət
aparan və onun auditoriyasını oğurlayan məzmun yaranır.
Qəzet “OpenAI” və “Microsoft”dan NYT-nin müəllif
hüquqları ilə
qorunan materialından istifadə edən bütün çatbot modellərini və
təlim məlumatlarını məhv etməyi tələb edir. O, həmçinin təzminat
almağa ümid edir. Dəqiq məbləği açıqlanmasa da, söhbət “milyarlarla
dollar”dan gedir.
Mənbə: TASS