Türkiyədə terrorla mübarizə: 923 ölü, minlərlə saxlanılan var
Türkiyədə 2023-cü ildə həyata keçirilən əməliyyatlar zamanı 8-i qırmızı kateqoriyada axtarışda olan 923 terrorçu zərərsizləşdirilib.

Bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya “X” hesabında paylaşım edib.

“2023-cü ildə Jandarma Komandanlığımız, Təhlükəsizlik Baş İdarəsi və Sahil Mühafizə Komandanlığı bölmələrimiz tərəfindən başda BTÖ, FETÖ, İŞİD və s. olmaqla bütün terror təşkilatlarına qarşı əməliyyatlar təşkil edilib və bu əməliyyatlar davam edir.

1 yanvar 2023-cü ildən 31 dekabr 2023-cü ilə qədər keçirilən əməliyyatlarda 923 terrorçu zərərsizləşdirilib, 7 min 716 şübhəli saxlanılıb, 1555 nəfər həbs edilib, 1683 nəfər barəsində məhkəmə nəzarəti qərarı verilib”, - deyə Ali Yerlikaya qeyd edib.

https://twitter.com/i/status/1752201691200393572


 

Mənbə: OXU.AZ

 


Print ელ. ფოსტა
თეგები: terrorçu Türkiyə
FaceBook Twitter Google