Qazaxıstanda yaşayış binasında güclü partlayış: Ölənlər var
Qazaxıstanın Karaqanda vilayətinin Botakara qəsəbəsindəki yaşayış binasında qaz sızması nəticəsində güclü partlayış baş verib.

Fövqəladə Hallar Departamentinin rəhbəri Murat Katpanovun məlumatına görə, indiyədək altı nəfər dağıntılar altından çıxarılıb.

Hələlik iki nəfərin həyatını itirdiyi öz təsdiqini tapıb.

Fövqəladə Hallar Departamentinin rəhbəri əlavə edib ki, hadisə yerində qərargah yaradılıb, insidentin digər təfərrüatı araşdırılır.




Məmbə: Oxu.az
Print ელ. ფოსტა
თეგები: Qazaxıstan
FaceBook Twitter Google