Türkiyədə İstanbulun Nişantaşı rayonunda 14 Fevral Sevgililər
Gününə bir neçə gün qalmış “keçmiş sevgililər bazarı” təşkil
edilib.
Keçmiş sevgililərinin əşyalarını satmaq istəyənlər məhsulların
üzərinə maraqlı qeydlər qoyaraq piştaxtalarda satışa
çıxarıblar.
Keçmiş sevgililərinin əşyalarını piştaxtada satdığını bildirən
Yiğit Sahur, indiki sevgilisi ilə bunu sosial şəbəkələrdən birində
gördüklərini qeyd edib.
“Onunla danışıb, digər keçmiş əlaqələrimizdən qalan əşyaları yığıb
bura
gəldik və satmağa başladıq. Sevgilimlə məhsulların üzərinə
bəzi qeydlər yazmışıq, bəzi məhsullar isə dostlarımızın köhnə
münasibətlərindən qalıb”, - deyə Sahur qeyd edib.
Mənbə: Oxu.az