Günün ulduz falı - 26 dekabr
Qoç - gün ərzində ünsiyyət, xoş söhbətlər, əyləncəyə can atsanız
da, hisslərinizi cilovlayın. Düzünü deyin:
ciddi iş rejimi ilə son dəfə nə zaman çalışıbsınız? Yox,
fikirləşməyin ki, siz işdə hamıdan çox zəhmət çəkirsiniz, rəhbərlik
isə bunu görmür. Sadəcə, siz lazımi işləri görmür, lazımi adamlarla
danışmır, lazımlı zaman irəliyə çıxmağa çalışmırsınız.
Bu gün sizə məsul iş tapşırıla bilər.
Buğa - Bu gün ərzində evinizi bəzəmək, habelə əylənmək fikrinə düşə
bilərsiniz. İşdən çıxandan sonra imkan varsa, nəqliyyatdan az
istifadə edin, piyada gəzişin. Ailə üzvləri və qohumlarla
münasibətlərdə problemlər yaranmayacaq. Sevdiyiniz insan bu gün
sizə can atacaq.
Əkizlər - bu gün mühüm işlərlə təkbaşına məşğul olmayın. Tək
çalışsanız, tezliklə yorulacaq, işdən bezəcək və əlinizdəki işi
atacaqsınız. Dostlar və yaxınlarla birlikdə çalışsanız, iş şövqünüz
itməyəcək, ətrafınızdakı insanlara da ruh verəcəksiniz. İşdə və ya
çalışdığınız sahədə yeni əlaqələrin yaranma ehtimalı çoxdur.
Xərçəng - bu gün çox çətin situasiya ilə qarşılaşacaqsınız.
Yaranmış vəziyyətdən çıxış yollarını tapmaq üçün yaxşıca
düşünün.
Sizi ciddi düşüncələrdən və fikirlərdən ayırmağa çalışacaqlar.
Qıcıqlanmayın, sakit olun.
İşdə dostlar və həmkarlarla fikir müxtəlifliyi, anlaşılmazlıq,
hətta münaqişələr istisna deyil.
Şir - məntiqli, səbrli olun. Belə davranış sizi və dostlarınızı
səhvlərdən qoruyar. Bu gün sizdən məsləhət, dəstək, mənəvi yardım
istəyəcəklər. Lakin sevdiyiniz insan inadkarlığı ilə sizi narahat
və nigaran qalmağa vadar edəcək.
Qız - həmişə başqalarının qayğısına qalaraq yaxınlarınızın
problemlərini həll etməyə çalışırsınızsa, bu gün özünüzü düşünün.
Əvvəl başladığınız işləri qaydaya salmaq, gələcəklə bağlı prioritet
və planlar barədə düşünmək vaxtıdır. Məqsədinizə çatmaq üçün
hiyləgərlik də edə bilərsiniz.
Tərəzi - bu gün sizə kimsə mane ola bilməyəcək, qarşınıza
qoyduğunuz məqsədlərə çatacaqsınız. Elə bir məsələ yoxdur ki, onu
çözməyə səy göstərəndə çətinliklərlə qarşılaşasınız.
Məqsədə çatmaq üçün zəhmət və səylərinizə qənaət etməyin.
Əqrəb - məqsədinizə çatmaq üçün bu gün hər şeyə hazırsınız. Lakin
unutmayın ki, avantüralar və məcaraların hamısı yaxşı bitmir.
Məcara maraqlı olsa da, risk və təhlükələr az deyil. Aramla
davranın, yüz ölçüb bir biçin.
Oxatan - səhər saatlarında günə aktiv başlayın, vaxtınızı boş
keçirməyin. İşə və ya təhsil müəssisəsinə gecikməyin. İctimai
nəqliyyatda gecikmələr yarana bilər. Buna görə də evdən bir qədər
tez çıxın. Yolda ehtiyatlı olun.
Saatlar keçdikcə işlərin çoxaldığını və qarşınıza qoyulan
tələblərin ciddiləşdiyini anlayacaqsınız. Özünüzü zəif göstərməyin.
İşi, həvalə edilən tapşırığı başa vurmamış dincəlməyin.
Oğlaq - köhnə işlərin baş çatdırılması və nəticələrin gözdən
keçirilməsi üçün əlverişli gündür. Yeni layihələrlə bağlı işlərə
başlamayın. Təkliflər alacaqsınız. Amma ehtiyatlı olun,
imkanlarınızla potensial tərəfdaşlarınızın gücünü olduğundan artıq
dəyərləndirməyin.
Dolça - bu gün sizdən ünsiyyətlərdə diqqət, iş yerində və təhsil
müəssisəsində təmkin, söhbətlərdə konkretlik tələb olunur.
Yaxınlarınız və sizə əziz olan insanlara əsla yalan danışmayın.
Maliyyə çətinlikləri hiss edəcəksiniz. Amma almaq istədiyiniz
bahalı əşya üçün "ilkin ödənişsiz, sərfəli şərtlərlə" adlı tələli
kreditə aldanmayın.
Unutmayın: istənilən kredit sizə qısamüddətli sevinc və
uzunmüddətli başağrısı bəxş edir.
Balıqlar - bu gün sizi aldatmaq və ya yalanlar toruna salmaq çətin
olacaq. Müstəqil olun, enerjili davranın, potensialınızı
reallaşdırın. Belə üstünlüklərlə məqsədə çata bilərsiniz. Hədəfi
konkret müəyyənləşdirin və ona doğru irəliləyin. Lakin ehtiyatlı
olmağı da unutmayın. Yalnız anadangəlmə bacarıq və sonradan əldə
etdiyiniz biliklərə güvənməyin. İmkan yaranan kimi təcrübənizi və
biliklərinizi artırmağa çalışın.