Qoç
Əhəmiyyətli işlər haqqında düşünmək daha yaxşı olardı. Bəzi
mürəkkəb və qeyri-müəyyən situasiyalar üzərində düşünərək, siz
ciddi suallara cavab tapır, növbəti addımı hara atacağınızı,
məqsədinizə necə nail olacağını başa düşürsünüz. Ətrafınızdakı
insanlar
həvəslə sizə məsləhətlər verirlər. Bəzən bu məsləhətlər faydalı da
olur. İntuisiya sizə hansı tövsiyələrə qulaq asmağın vacib olduğunu
deyir. Siz yanılmırsınız.
Siz əla iş görürsünüz
və digər faydalı fəaliyyətlərdən də çox həzz
alırsınız. Gün peşəkar uğurunuzun və karyera yüksəlişinizin asılı
ola biləcəyi insanlarla ünsiyyət üçün münasibdir.
Buğa
Dost olun və heç kimlə mübahisə etməməyə çalışın. Günün ilk
yarısında bu, olduqca çətin ola bilər. Sanki ətrafınızdakılar sizi
qəsdən tarazlıqdan çıxarırlar, bəzən eşitmək istədiyinizdən
tamamilə fərqli fikirlər irəli sürürlər.
Günortadan əvvəl heç kimə hirslənməsəniz, sonra bunun üçün heç bir
səbəb olmayacaq.
Günortadan sonra düşünmək, müzakirə etmək və planları həyata
keçirmək üçün əla vaxtdır. Siz imkanlarınızı həddən artıq
qiymətləndirmirsiniz, heç bir illüziyanız yoxdur və hadisələrin
necə inkişaf edəcəyini təxmin edə bilirsiniz.
Əkizlər
Əvvəllər anlaşmadığınız, tez-tez mübahisə etdiyiniz və ümumi dil
tapmadığınız insanlarla danışın. Bu gün ətrafınızdakıları çox yaxşı
başa düşürsünüz, onların ürəyində olanları asanlıqla təxmin edə
bilərsiniz. Özünüzü düzgün aparsanız, rəqiblər sizin tərəfinizi
tutacaq, bədxahlar isə utanacaq və düzəliş etməyə çalışacaqlar.
Gün iş və biznes haqqında danışmaq, həmçinin sövdələşmələr etmək
üçün əladır. Heç vaxt bilmədiyiniz sahibkarlıq qabiliyyətlərinizi
kəşf edə bilərsiniz. Nağd pul daxilolmaları istisna edilmir.
Xərçəng
Diqqətli olun, çətinliklərlə üzləşməmək üçün tədbirlər görməyə
başlayın. Bu gün xüsusi olaraq mühüm addımlar atmaq, cəsarətli
planları həyata keçirmək və dünyanı yaxşılığa doğru dəyişmək üçün
nəzərdə tutulub. Siz öz qabiliyyətlərinizə arxayınsınız və bu boş
yerə deyil.
Çox şey gözlədiyinizdən daha asan olacaq. Bəzən heç bir səy
göstərmədən uğur qazana bilirsiniz. Sizə tez-tez həm uzun müddətli
müttəfiqlər, həm də yaxınlarda tanış olduğunuz insanlar kömək
edir.
Dövlət qurumları ilə əlaqə saxlamaq üçün ideal gündür. Çox vacib
olmayan, lakin lazımlı bir sənədin qəbulunu uzun müddət təxirə
salmışdınızsa, bu gün onun üçün yenidən cəhd edin. Heç bir çətinlik
yaşamayacaqsınız.
Şir
Bütün fikirlərinizi işə verməyə çalışın. Fikirlərinizi toplamaq və
fəaliyyət planı hazırlamaq üçün bir az vaxt lazımdır. Nəyə nail
olmaq istədiyinizi və bu işdə sizə kimin kömək edə biləcəyini dəqiq
bildiyinizə əmin olana qədər heç bir vacib iş görməməyiniz tövsiyyə
edilir.
Planlarınızla başqalarını maraqlandırmaq üçün çox cəhd etməyinizə
ehtiyac yoxdur.
İnsanlar sizi çox diqqətlə dinləyirlər və istər-istəməz hər hansı
bir fikrinizə, hətta şübhəli fikirlərə də inana bilirlər.
Günün ilk yarısı istənilən yaradıcı fəaliyyət üçün əladır. Günün
ikinci yarısını isə , dəqiqlik və təlimatlara ciddi riayət etməyi
tələb edən işlərə həsr etmək yaxşı olardı. Bu işləri darıxmadan
həll edə bilirsiniz.
Qız
Başqaları ilə daha çox ünsiyyətdə olmağa çalışın. Bu gün insanlar
bəzən istəmədən və ya fərqinə varmadan bəzi maraqlı məlumatları
sizinlə paylaşacaqlar.
Gözəl məsləhətlər alacaq, məntiqli fikirlər eşidəcəksiniz. Uzaqdan
xoş xəbərlər, taleyindən narahat olduğunuz insanlardan xəbərlər
alacaqsınız.
Günün ortasında planlar gözlənilmədən dəyişə bilər və siz buna
sevinəcəksiniz. Gün istənilən improvizasiya və eksperimentlər üçün
əladır. Daha əvvəl heç kimin ağlına gəlməyən fikir irəli
sürəcəksiniz. Ətrafınızdakı insanlar sizə heyrandırlar.
Tərəzi
Bir iş dərhal alınmazsa, narahat olmayın. Bu gün, ən sadə işlərin
belə, əzmkarlıq tələb etdiyi günlərdən biridir.
Bəzən istədiyiniz nəticəni əldə etmək üçün güçlü olmağınıza ehtiyac
olur.
Uzun müddətdir həllini tələb edən bəzi problemlərlə məşğul olmaq
imkanı olacaq. Bu problemlərlə məşğul olduğunuz zaman özünüzü daha
sərbəst və inamlı hiss edəcəksiniz.
Özünüzü çox yormayın, çox işləməməyə çalışın. Boş vaxtınızı
istirahətə, sağalmağa və şəxsən sizi maraqlandıran bəzi
fəaliyyətlərə həsr etməyə çalışın.
Faydalı, lakin çox maraqlı olmayan işləri təxirə salmaq
mümkündürsə, onları təxirə salın.
Əqrəb
Səbirli olun və başqalarına niyə başqa cür deyil, bu şəkildə
hərəkət etmək qərarına gəldiyinizi izah edin. Bəlkə də söhbət
kifayət qədər uzun olacaq, amma bunun sayəsində anlaşılmazlıqlar,
qarşılıqlı təhqirlər və digər problemlərdən qaçmaq mümkün olacaq.
Hər kəsi dinləmək və ilk baxışdan absurd görünən ifadələrdən belə
sağlam düşüncə çıxarmaq bacarığı bu gün sizin üçün çox faydalı
olacaq.
Çoxlarının həll edə bilmədiyi çətin problemi həll etmək şansı
yaranacaq. Bu gün həm də böyük ideyalar günüdür. Bəzən onları
dərhal həyata keçirmək mümkün olmur. Ancaq onları mütləq yazmağa
dəyər. Çünki bir müddət sonra onlar sizə lazım olacaq.
Oxatan
Vacib görüşləri təxirə salmayın. Günün birinci yarısı müxtəlif
məsələləri müzakirə etmək, nüfuzlu insanlarla söhbət etmək, rəsmi
sorğular və şəxsi müraciətlər etmək üçün əladır. İctimai çıxışlar
uğurlu alınacaq. Siz dinləyicilərinizi nəinki maraqlandıra, həm də
tamamilə valeh edə bilərsiniz.
Günortadan sonra müstəqil hərəkət etməlisiniz. Siz həm tanış
işlərin, həm də tamamilə yeni işlərin öhdəsindən yaxşı
gəlirsiniz.
Bəzi Oxatanlar bu gün , təcrübələrini bölüşmək istəməyənlərdən belə
maraqlı məlumatlar əldə edə biləcəklər.
Oğlaq
Bu işdə əla olduğunuzu düşünün. Gün sizə bəzi çətin suallara cavab
tapmaq, çoxlarını çaşdıran problemi həll etmək şansı verəcək.
İdeyalarınız və planlarınız şübhəsiz ki, başqalarını da cəlb
edəcək.
Ağlınıza gələnlər haqqında danışmaqdan utanmayın. Qeyri-adi
tanışlıqlar ehtimal olunur.
Bu isə, tezliklə peşəkar nöqteyi-nəzərdən faydalı olacaq.
Ətrafınızdakı insanlar işlərinizlə çox maraqlanır, bəzən onlara çox
nəzakətlə müdaxilə edirlər. Bundan necə faydalanacağınızı tezliklə
başa düşəcəksiniz . Axşama doğru son vaxtlar sizi narahat edən
fikir ayrılıqlarına son qoya biləcəksiniz.
Dolça
Faydalı işlər görməyə çalışın. Bu gün siz çox işin öhdəsindən çox
yaxşı gəlirsiniz.
Çox vaxt çətin vəziyyətə düşənlərə kömək edir,dünyanı az da olsa
yaxşılığa doğru dəyişmək fürsətini əldən vermirsiniz. Bu diqqətdən
kənarda qalmır. Çox fərqli insanlar sizi cəlb edir. Onlardan
bəziləri tezliklə sizin əsl dostunuz olacaq. Romantik bir hekayə də
başlaya bilər.
Gün pul və ya əmlakla bağlı istənilən problemlərin həlli üçün
əladır. Siz sərfəli sövdələşmələr edəcəksiniz.
Həmişə bir neçə variant arasından ən yaxşısını seçirsiniz.
Balıq
İnsanlara təsir edin, bu gün bunu edə bilərsiniz. Hətta əvvəllər
yalnız öz fikirləri ilə maraqlananlar belə, sizin fikirlərinizi
dinləyəcəklər.
Münaqişədən və qarşılıqlı narazılıqlardan qaçaraq, çətin məsələləri
müzakirə etmək mümkün olacaq. İşgüzar danışıqlar çox uğurlu
olacaq.
İşəgötürənlər və potensial tərəfdaşlarla görüşlər yaxşı
keçəcək.
Öz işlərinizin öhdəsindən yaxşı gəlirsiniz.
Başqalarının işlərinə yalnız hamı üçün uyğun və faydalı olduqda
müdaxilə edirsiniz. İstər köhnə, istərsə də yeni tanışlar
fikirlərinizi həvəslə dəstəkləyir və onları həyata keçirməyə kömək
edirlər.