Qoridə bir nəfər dünyasını dəyişib, iki nəfər isə huşsuz vəziyyətdə tapılıb
Bu gün, 17 dekabr tarixində Qoridə, Samepo küçəsində yaşayış evlərindən birində qonşular 28 yaşlı gənci ölmüş vəziyyətdə, daha iki nəfəri isə huşsuz vəziyyətdə tapıblar.

Daxili İşlər Nazirliyindən “Netgazeti”yə verilən məlumata görə, ağır vəziyyətdə olan iki gənc İntoksikasiya Mərkəzinə aparılıblar.

Hadisənin səbəbləri və istintaqın hansı maddə ilə başlanacağı hələlik məlum deyil. Hadisə yerində ekspert-kriminalistlər işləyirlər.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google