Xaşuridə həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan şəxs saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Xaşuridə həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan kişi saxlanılıb.

Nazirliyin bildirdiyinə görə, müttəhim iti alətlə qadının boğaz nahiyəsinə çoxsaylı xəsarət yetirib. Qadın hadisə yerindəcə dünyasını dəyişib, müttəhim isə hadisə yerindən qaçaraq gizlənib.

DİN-in məlumatına görə, saxlanılan şəxs suçunu etiraf edib. Ailə üzvünün amansızlıqla qətlə yetirilməsi faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 11 prima 109-cu maddəsinin 2-ci hissəsinin “v” bəndi ilə istintaq başlayıb. Həmin maddə 13 ildən 17 ilədək azadlıqdan məhrumetmə cəzasının nəzərdə tutur.
Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google