Resurs Mərkəzin rəhbərinin məlumatına görə, Borjomidə itkin düşmüş 9-cu sinif şagirdi olan iki qızın telefonlaı tərk edilmiş sexdə tapılıb
Borjomidə hüquq mühafizəçiləri tərəfindən axtarılan iki qız Borjomi 1 sayı ictimai məktəbinin 9-cu sinif şagirdləridir. Qızları səhər saatlarından etibarən görən olmayıb. İtkin düşmüş yeniyetmələrin yaxınlarının heç bir versiya barədə bir söz deyə bilmirlər.

Borjomi Resurs Mərkəzinin rəhbəri İzolda Lomidzenin dediyinə görə, itkin düşmüş qızların telefonları Borjomidə, Pirosmani küçəsində yerləşən tərk edilmiş limonad sexində tapılıb.

“Hamımız çox narahatıq. Bu vaxtadək itkin düşmüş qızlarla bağlı bir məlumat əldə edə bilməmişik. Səhər saatlarından etibarən heç kəs görməyib. Məktəbə də getməyiblər. Xüsusi xarakteri ilə fərqlənən qızlar deyillər. Hər ikisi adi, onların yaşı üçün xarakterik olan xasiyyətdədirlər. Versiyalar barədə heç nə deyə bilmərəm. İntensiv axtarışlar davam edir. Ümid edirəm ki, ən qısa zamanda yerləri məlum olar”, – Borjomi Resurs Mərkəzinin rəhbəri İzolda Lomidze “Interpressnews”a bildirib.

Hal-hazırda Borjomidə itkin düşmüş qızların yerlərinin müəyyənləşdirilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google