Ozurgeti bələdiyyəsində 6 yaşlı uşaq çayda boğulmuş vəziyyətdə tapılıb
Ozurgeti Bələdiyyəsinin Qurianta kəndində 6 yaşlı uşaq çayda boğulmuş vəziyyətdə tapılıb.
Bu barədə "Interpressnews"-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Əldə edilən məlumata görə, uşaq səhər saatlarında evin ətrafındakı ərazidə oynayırmış, daha sonra ailə üzvləri onu tapa bilmədiyindən hüquq mühafizə orqanlarına müraciət edib. Uşağın ayağı sürüşərək çaya yıxıldığı ehtimal olunur.

Daxili İşlər Nazirliyindən hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin intihar həddinə çatdırmanı nəzərdə tutan 115-ci maddəsi ilə istintaq aparıldığı bildirilib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google