Potidə qətl hadisəsi baş verib

Potidə qətl hadisəsi baş verib. 45 yaşlı kişinin sinəsindən bıçaqlandığı bildirilir.



Yaralı təcili yardım briqadası tərəfindən Poti xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər və o, klinikada vəfat edib.

"Xəstə 112 briqadası tərəfindən həyat üçün təhlükəli olan, çoxsaylı travmatik xəsarətlərlə xəstəxanaya gətirildi. Reanimasiya əməliyyatlarına baxmayaraq, onu xilas etmək mümkün olmadı”, – Poti xəstəxanasının direktoru Tea Miqineişvili bildirib.

Daxili İşlər Nazirliyindən “İnterpressNews”-a verilən məlumata görə, hadisə ilə bağlı Gürcüstanın Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq başladılıb. Həmin maddə qəsdən adam öldürməni nəzərdə tutur.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google