Batumidəki klubların birində iki nəfəri yaralayıblar

Batumidə klublardan birindəki mübahisə zəminində iki nəfəri yaralayıblar. Hadisə dünən gecə baş verib.


Xəsarət alanlar "Medcenter" klinikasına aparılıblar.

Həkimlərin bildirdiyinə görə, onlardan biri ağır vəziyyətdədir, bud nahiyəsindən yaralanıb, digəri 22 yaşında olan kişini isə sinəsindən yaralayıblar.

Gürcüstanın Daxili İşlər Nazirliyindən “İnterpressNews”a verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs isti izlərlə saxlanılıb.

Baş vermiş hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə istintaq başladılıb. Həmin maddə sağlamlığa qəsdən ağır ziyan vurulmasını nəzərdə tutur.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google