Marneuli-Sadaxlı yolunda baş vermiş qəza nəticəsində bir nəfər dünyasını dəyişib, iki nəfər yaralanıb

Bu gün, 6 oktyabr tarixində Marneuli-Sadaxlı yolunun 21-ci kilometrliyində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində bir nəfər dünyasını dəyişib, iki nəfər isə yaralanıb.

Hadisə yerinə təcili yardım və patrul polisi cəlb olunub. Yaralılar təcili yardım xidməti tərəfindən xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır. "Marneuli" radiosu Daxili İşlər Nazirliyindən məlumat alamağa çalışır. 

"Marneuli" radiosu

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google