Ağız qoxusundan xilas edən RESEPT - Oruc tutanlar üçün
Oruc tutan insanların əksəriyyəti ağız qoxusundan şikayət edirlər.
Marneulifm medicina.az-a istinadən təqdim edəcəyi reseptlə bunun
qarşısını almaq mümkündür.
Bu resepti adi günlərdə də bu problemdən əziyyət çəkənlər istifadə
edə bilər.
Lazım olan ərzaqlar:
Bir çay qaşığı adaçayı
Bir stəkan xlorsuz su
Necə hazırlanır?
Adaçayını qaynamış su içərisinə ataraq 15 dəqiqə ərzində
dəmlənməsini gözləyin.
Ağız qoxusunun qarşısını alan bu çay ilə imsakdan sonra bir dəfə
qarqara etmək lazımdır. Adi günlərdə isə bir ay müddətində, hər
axşam və günorta yeməyindən onra bir stəkan bu çaydan içə
bilərsiniz.
Qeyd edək ki, çayı 48 saatdan çox saxlamaq olmaz.