Kanadanın ən böyük şəhərlərindən biri olan, təxminən üç milyon
insanın yaşadığı
Toronto şəhərini bir yenot elektrik enerjisindən məhrum edib.
Qeyd olunub ki,
heyvan yarımstansiyaya dırmaşaraq avadanlığı
sıradan çıxarıb. Nəticədə bir neçə rayonda minlərlə insan işıqsız
qalıblar.
Mütəxəssislər avadanlığın təmirinə üç saatdan çox vaxt sərf etməli
olublar. Heyvanı tutmağın mümkün olub-olmadığı isə məlum deyil.
Məmbə: Oxu.az