Hamburqda qurbağalar üçün 500 min avroluq tunellər tikilir
Almaniyanın Hamburq şəhərində yerli hakimiyyət orqanları qurbağa populyasiyasını xilas etmək üçün tunellərin tikintisinə təxminən 500 min avro (920 min manat) xərcləyiblər.

Bu barədə “Bild” öz mənbələrinə istinadla bildirib.

“Polad və betondan hazırlanmış dörd tunel vergi ödəyicilərinə təxminən yarım milyon avroya başa gəldi”, - deyə nəşr vurğulayıb.

Qeyd olunub ki, yerli təbiət mühafizəçiləri 2020-ci ildə 1 002, bir il sonra isə 616 qurbağa sayıblar. Həmçinin gölməçə tritonlarının sayı da azalıb.

Yaşıllar Partiyasından olan yerli hakimiyyət suda-quruda yaşayanların yollardan keçməsinin qarşısını almaq üçün yeraltı tunellər tikməyə başlayıb.

Məmbə: Oxu.az
Print ელ. ფოსტა
თეგები: qurbağa
FaceBook Twitter Google