Bənövşəyi qidaların DNT-sini birləşdirərək yetişdirilən
bənövşəyi kartof antioksidant mənbəyidir.
İnsan sağlamlığına faydalarına görə istehlak edilməsi tövsiyə
edilən bənövşəyi kartof dadı ilə də diqqət çəkir. Görünüşü ilə
süfrələrinizə vizual gözəllik təqdim edən bənövşəyi kartofun
faydaları nələrdir?
Qan dövranını və təzyiq tarazlığını tənzimləyir
Qan damarlarını gücləndirir
Uzun müddət toxluq hissi verir.
Bənövşəyi kartofun resepti:
3 bənövşəyi kartof
1 xörək qaşığı zeytun yağı
½ çay qaşığı paprika
1 baş sarımsaq
Duz və istiot
Əvvəlcə kartofları yaxşıca yuyun.
Kartofu həm qabıqlı, həm də qabıqsız istifadə edə bilərsiniz. Çünki
qabıqlar daha çox antioksidant xüsusiyyətlərə malikdir.
Kartofları eyni ölçüdə, 3 düym qalınlığında kəsin.
Kartofu böyük bir qaba qoyun və bibər, duz və istiot əlavə edin
Kartoflara bir diş sarımsaq əzib əlavə edin
Sonra onları qızartmaq üçün bir qaba tökün
Əvvəlcədən isidilmiş 400 dərəcə sobada 25-30 dəqiqə qızardın
Saglamolun.Az
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.