Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasının fəxri sədri
Bidzina İvanişvili ABŞ dövlət katibinin köməkçisi Ceyms Obraynla
görüşdən imtina edib.
Bu barədə Baş nazir İrakli Kobaxidze keçirdiyi mətbuat konfransında
bildirib.
Kobaxidze qeyd edib ki, Bidzina İvanişviliyə görüşlə bağlı müraciət
olub, lakin o bundan imtina edib.
Əlavə edib ki, son aylar İvanişvilinin digər diplomat və
siyasətçilərlə görüşlərdən imtina etməsi halları da olub və
imtinaların səbəbi də eyni olub:
“Bidzina İvanişvili faktiki sanksiyalar altındadır.
Onun Qərbə əmanət etdiyi 2 milyard dollar dondurulub, lakin bunun
“qlobal müharibə partiyası”nın əli ilə olduğu ortaya çıxıb. Görüş
bu şantaj sanksiyalar bitəndən sonra keçirilə bilər”,
- Kobaxidze deyib.
Qeyd edək Ceyms Obraynın mayın 17-dək Gürcüstana səfər
etməsi
gözlənilir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.