Azərbaycan beş ayda Gürcüstana nə qədər təbii qaz ixrac edib
Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrə 9 milyard 174 milyon 562,13 min kubmetr təbii qaz ixrac edib.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata görə, ötən 5 ay ərzində ixrac edilən təbii qazın ümumi dəyəri 1 milyard 335 milyon 749,12 min ABŞ dolları təşkil edib.

Bu həcmlərin 5 milyard 884 milyon 376,69 min kubmetri Türkiyəyə, 1 milyard 833 milyon 652,41 min kubmetri Gürcüstana ixrac edilib.

Bundan başqa, ötən 4 ay ərzində İtaliyaya 1 milyard 152 milyon 662,92 min kubmetr, Yunanıstana 127 milyon 818,77 min kubmetr, Bolqarıstana 91 milyon 998,86 min kubmetr, İran islam Respublikasına isə 84 milyon 052,48 təbii qaz ixrac edilib.

Türkiyəyə yanvar-may aylarında ixrac edilən təbii qazın ümumi dəyəri 804 milyon 672,43 min ABŞ dolları, Gürcüstana 239 milyon 294,72 min ABŞ dolları təşkil edib.

Həmçinin, bu ilin yanvar-may aylarından Azərbaycandan İtaliyaya 243 milyon 642,95 min ABŞ dolları, Yunanıstana 32 milyon 774,78 min ABŞ dolalrı, Bolqarıstana 12 milyon 173,95 min ABŞ dolları, İrana isə 3 190,31 min ABŞ dolları dəyərində təbii qaz ixrac edilib.

Mənbə: report.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google