Marneuli bələdiyyəsinin 2023-cü il büdcəsinin icrası ilə bağlı
hesabata görə, meriyanın,
Bələdiyyə Məclisinin və bələdiyyənin qeyri-kommersiya hüquqi
şəxslərinin, MMC əməkdaşlarının əməkhaqqılarına 19 985 455 lari 52
tetri xərclənib.
Marneuli meriyasında əmək müqaviləsi ilə işə qəbul edilmiş
şəxslərin əməkhaqqına ötən il 2 318 154 lari 32 tetri
xərclənib.
Marneuli Bələdiyyə Məclisi və meriyada ştat əsasında işləyən
məmurların əməkhaqqına 2023-cü ildə 6 491 569 lari – meriyanın
ödədiyi əməkhaqqına isə 4 940 117 lari xərclənib; Bələdiyyə
Məclisinin ödədiyi əməkhaqqına 1 304 306 lari; ölkənin müdafiə
qabiliyyətinin artırılmasına dəstək olmaq üçün əməkhaqqına 247 146
lari sərf olunub.
Marneuli meriyasının balansında 5 qeyri-kommersiya tipli hüquqi
şəxs və 3 MMC fəaliyyət göstərir. Meriyanın qeyri-kommersiya tipli
hüquqi şəxslərinin və MMC-lərin əməkdaşlarının əməkhaqqı 2023-cü
ildə, ümumilikdə, 11 175 732 lari 2 tetri təşkil edib.
Qeyri-kommersiya tipli hüquqi şəxslərin, MMC-lərin və ötən il
əməkhaqqılarına xərclənmiş vəsaitin siyahısını sizə təqdim
edirik:
- “Marneuli İdman Məktəbi” – 1 117 900 lari
- “Mədəniyyət Mərkəzi” – 1 489 121,9 lari
- “Təmiz Marneuli” – 1 358 956 lari
- Uşaq Bağçaları Birliyi “Məktəbəqədər Tədris Mərkəzi” –
3 755 632,9 lari
- İctimai Səhiyyə Mərkəzi – 287 358,5 lari
- “Marneuli Kənd Suları” MMC – 1 967 713,8
lari
- “Marneuli Avtoparkı” MMC – 933 348,8 lari
- “Marneuli Üzvi Tullantıların Emalı Müəssisəsi” MMC –
265 700, 21 lari
Bu gün, 25 aprel tarixində keçirilən iclasda bələdiyyənin 2023-cü
il büdcəsinin icrası ilə bağlı hesabat müzakirə olunub.
Bələdiyyə Məclisi Komissiyasının iclasında büdcənin icrasında,
sosial proqram, infrastrukturun inkişafı – yolların bərpası, içməli
suyun çəkilməsi, küçə işıqlarının quraşdırılması və s. üçün hansı
vəsaitin xərcləndiyi, büdcə gəlirləri-xərcləri müzakirə olunub.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.