Fitsoya sui-qəsd edən şəxs hökumət əleyhinə aksiyaların iştirakçısı olub
Baş nazir Robert Fitsoya sui-qəsd hadisəsində iştirakda şübhəli bilinən şəxs heç bir radikal qruplaşmanın üzvü olmayıb və təkbaşına hərəkət edib.
Bunu Slovakiyanın daxili işlər naziri Matuş Şutay-Eştok bildirib.

O həmçinin hadisəni törətməkdə şübhəli bilinən şəxsin hökumət əleyhinə etiraz aksiyalarında iştirak etdiyi barədə məlumatları təsdiqləyib.

Qeyd edək ki, Robert Fitso mayın 15-də Handlovej şəhərinə səfəri zamanı sui-qəsdə
məruz qalıb. Nəticədə ağır yaralanaraq xəstəxanaya çatdırılan hökumət başçısının üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Hökumətdən verilən açıqlamada Robert Fitsonun vəziyyətinin ağır olduğu bildirilib.
Mənbə: apa.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
თეგები: Robert Fitso Slovakiya Sui-qəsd
FaceBook Twitter Google