Marneuli və Hucabinin Yepiskopu Qiorqi (Camdeliani) Marneuli
meri Zaur Darğallını Nəriman Nərimanovun heykəlinin bərpasında
ittiham edib.
“Bərpa ilə bağlı heç bir arxitektura xidməti ilə razılığa
gəlinməmişdi, nə Nəzarət Xidməti, nə də müvafiq xidmətlər bilmirdi.
Mənim bildiyimə görə, təşəbbüskar mer idi və heykəl bütün
qanunlardan yan keçərək bərpa olunub”, – yepiskop
Qiorqi “Rustavi 2”-yə bildirib.
Marneuli meri Zaur Darğallı artıq iki gündür “Marneuli” radiosunun
zənglərinə cavab vermir. Kvemo Kartli qubernatoru Şota Rexviaşvili
və Marneulinin majroitar deputatı Ruslan Hacıyev və Tamaz Naveriani
də bizim zənglərimizi cavablandırmır.
Yepiskop 24 may tarixində həftəlik ayin zamanı Nəriman Nərimanovun
Marneulinin Mədəniyyət Evininin ərazisindəki parkda yerləşən
abidəsindən danışıb və Marneuli merini abidənin bərpasına görə üzr
istəməyə və dərhal abidənin sökülməsinə başlamağa çağırıb.
“Şəhər meri buna necə cəsarət edə bilər?! Qəti şəkildə
bildirirəm və onlara vaxt verirəm ki, öz əlləri ilə, qanuna uyğun
olaraq, Sovet İttifaqı rəmzlərinin, Sovet İttifaqı şəxslərinin
heykəllərinin sökülməsinə başlasınlar... Mən düşünürəm ki,
savadsızlıq da var. Şəhər meri qeyd olunan abidənin
avtobioqrafiyasını bilməməlidir? Əgər bu səhv idisə, mer bunu
ictimai şəkildə etiraf etməlidir və dərhal ictimaiyyət qarşısında
üzr istəməlidir”, – Yepiskop Qiorqi bildirib.
Nərimanovun abidəsinin bərpası 2020-ci ilin fevral ayında başlayıb.
3 mart tarixində Marneuli meri “Marneuli” radiosuna bildirmişdi ki,
abidənin bərpa işləri meriyanın təşəbbüsü ilə həyata keçirilir.