Gürcüstan tərəfindən koronavirus pandemiyası istiqamətində
Ermənistana kömək etmək üçün petisiya yaradılıb.
Petisiyaya görə, qonşu ölkəyə kömək dedikdə Gürcüstanda
Ermənistandan olan xəstələrin müalicəsi nəzərdə tutulur.
“Gürcüstan hökumətindən xahiş edirik ki, belə çətin bir
vaxtda qonşu ölkəyə kömək etməyi düşünsün. Kömək dedikdə,
xəstələrinin müalicəsi üçün Gürcüstanın Ermənistana kömək təklif
etməsini nəzərdə tuturuq. İnanırıq ki, bu, qonşu ölkəyə kömək etmək
və bölgədəki epidemioloji vəziyyəti həll etmək üçün ən doğru addım
olacaqdır ", - deyə petisiyada bildirilir.
Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze
“Netgazeti” ilə söhbəti zaman bildirib ki, Ermənistandan bu vaxta
qədər kömək xahişi almayıblar. Amma, qonşu ölkə yardım üçün
Gürcüstana müraciət etsə XNMM öz səlahiyyətləri çərçivəsində erməni
tərəfə kömək etməyə hazırdır.
İyunun 4-də Ermənistan Səhiyyə Nazirliyi son 24 saat ərzində 697
yeni Covid-19-a yoluxma halı olduğunu təsdiq edib. Bu, bir gündə
ortaya çıxan yoluxma hallarının daha bir "anti-rekordudur". Son
məlumatlara görə, cəmi 11 211 yoluxma halı olduğu bildirlir.
Nikol Paşinyan bu gün, iyunun 4-də səhər Facebook-da "Vəziyyət
getdikcə pisləşir" və xəstəxanaya ehtiyacı olan insanların
olduğunu, ancaq klinikaların çox yüklənmiş olduğuna görə bu
insanların vaxtında xəstəxanaya qəbul edilə bilməyəcəklərini
söyləyib.
"Bu gün ölkədə 20 minə yaxın yoluxmuş insan var.
Onların nə özü nə də ətrafındakı insanlar onların yoluxduğunu
bilmirlər. Bu insanlar xəstəliyin əsas yayıcısına
çevrilirlər", - Paşinyan deyib.
Baş nazir daha ağır nəticələrin qarşısını almaq üçün "mövcud
vəziyyət, hər bir vətəndaşın başqalarına potensial infeksiyanın
daşıyıcısı kimi davranmasını tələb edir" deyib.
Baş nazirin sözlərinə görə,
“bu andan maska taxmaq evdə
istisna olmaqla hər yerdə məcburidir. Ermənistanda epidemiya
əleyhinə hərəkata başlamaq lazımdır, bu zaman vətəndaşlar
bir-birlərinə epidemiya əleyhinə qaydalara riayət etmək üçün
nəzarət edəcəklər; qanun pozuntularının foto və videolarını
Facebook-da yerləşdirin. Nəticələrə səbəb olacaq şeylər bizim fərdi
hərəkətlərimizdir", - deyə o bildirib.
Epidemiyanın yenidən ortaya çıxması və artan yayılma fonunda bir
neçə gün əvvəl Covid-19-a yoluxduğu təsdiqlənən Paşinyan yenidən
vətəndaşları sosial məsafə normasına və pandemiya ilə əlaqəli digər
qaydalara riayət etməyə çağırıb.
İyunun 2-də keçirilən brifinqdə Paşinyan ölkəni epidemiyadan
qorumaq baxımından tətbiq olunan məhdudiyyətləri qorumaq
nöqteyi-nəzərindən vəziyyətin 1-3 gün ərzində yaxşılaşdırılmalı
olduğunu söyləyib.
Paşiniyan Facebook-da vətəndaşlardan xahiş etmişdi ki, ona qoyulan
məhdudiyyətlərin pozulduğunu göstərən foto və video materiallar
yollasınlar. Sonradan onun özü bir neçə material paylaşmışdı.
Fotolarda və videolarda müxtəlif ictimai yerlər - banklar, poçt
şöbələri, ictimai nəqliyyat və ya dükanlarda vətəndaşların
bir-birlərinə yaxın dayandığı və məsafə saxlamadıqları görünür.
Ermənistanda Covid-19-a ilk yoluxma halı martın 1-də təsdiqlənib.
Aprelin əvvəllərindən artma davam etsə də, yeni halların sayı aprel
ayının ortalarında bir qədər azalmağa başlayıb. Yoluxanların
sayının artması tendensiyasına baxmayaraq mayın 4-də Ermənistan
fövqəladə vəziyyət rejimini ləğv edib.