Prokurorluq “çağrı mərkəzləri” işi üzrə 4 nəfəri saxlayıb

Prokurorluğun məlumatına görə, agentlik tərəfindən avropalı həmkarları ilə birgə transmilli fırıldaqçı zəng mərkəzlərinə qarşı aparılan istintaq tədbirləri çərçivəsində aprelin 18-də mütəşəkkil cinayətkar dəstənin 4 üzvü saxlanılıb.

Prokurorluğun məlumatına görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, mütəşəkkil dəstə üzvlərinin fəaliyyətinə Gürcüstanda şirkətlər yaratmaq və onların bazasında müxtəlif yerlərdə fırıldaqçılıqla məşğul olan zəng mərkəzləri yaradaraq təşkil etmək olub.

Xüsusilə, çağrı mərkəzlərinin düzgün işləməsi üçün qrup üzvləri müxtəlif brend adlarla elektron ticarət platformaları yaradıb, internet saytlarından istifadə edərək etibarlı investisiya şirkətlərinin təəssüratı yaradıb və zərərçəkənlərə müxtəlif növ sərfəli maliyyə sövdələşmələri təklif ediblər. Daha sonra zərərçəkmişlərə məxsus külli miqdarda pul oğurlanaraq yuyulub.

Prokurorluq iddia edir ki, mütəşəkkil cinayətkar qrup üzvləri dələduzluq yolu ilə İsveçrə Konfederasiyası vətəndaşlarına məxsus 3 milyon İsveçrə frankını ələ keçiriblər. Sonra da bank hesablarına qoyub iqtisadi dövriyyəyə buraxdılar.

Qurumun məlumatına görə, təqsirləndirilən şəxslərə məxsus dəyəri 6 milyon lariyə qədər olan daşınmaz və daşınar əmlaka həbs qoyulub. Bu əmlak dövlətin xeyrinə müsadirə olunacaq.

Saxlanılan şəxslərə qarşı mütəşəkkil dəstə tərəfindən dələduzluq və çirkli pulların yuyulması ittihamı irəli sürülüb ki, bu da 9 ildən 12 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

Prokurorluğun vəsatəti əsasında məhkəmə təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

2024-cü il fevralın 3-də Gürcüstan Prokurorluğu artıq mütəşəkkil cinayətkar qrupun 7 təşkilatçısına qarşı cinayət təqibinə başlayıb.

Prokurorluq bəyan edir ki, beynəlxalq partnyorlarla birlikdə Eurojust-un koordinasiyası ilə müxtəlif ölkələrdə dələduzluqla məşğul olan zəng mərkəzlərinin fəaliyyəti ilə məşğul olan digər fiziki və ya hüquqi şəxslərin, o cümlədən əməliyyatın digər təşkilatçılarının müəyyən edilərək ifşa edilməsi məqsədilə araşdırmalar intensiv şəkildə davam etdirilir.
Mənbə: Publika

 


“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google