Atamı Tsalka Komissarlığından siyasi baxışlarına görə azad ediblər – Zaza Mikeladze
Mülki fəal Zaza Mikeladze bildirir ki, atası Tamaz Mikeladze Tsalka bələdiyyəsinin hərbi komissarlığından siyasi baxışlarına görə azad olunub. Zaza Mikeladze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirir ki, onun atası 2007-ci ildən Tsalka Səfərbərlik və Hərbi Xidmətə Çağırış Şöbəsində işləyirdi. Həmin şöbə meriyanın tərkibində fəaliyyət göstərir. Ötən il islahat başlayıb və islahat çərçivəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış
Şöbələri Müdafiə Nazirliyinin tabeliyinə keçirilib.

“İslahatlar başlayanda demək olar ki, əməkdaşların söhbət prosesi də başladı. Müxalif baxışları ilə fərqlənən atamı və daha bir əməkdaşı, faktiki olaraq heç bir rəqibləri olmadığı halda işdən azad ediblər. Guya indiki mərhələdə müsahibə uğurla keçməyib və onları bu motivlə işdən azad ediblər. Amma başqa oxşar müsahibə mərhələlərindən sonra bu mərhələni eyni dərəcədə, yaxud daha pis keçmiş bütün insanlarla müqavilə bağlayıblar”.

Zaza Mikeladze bildirir ki, ailəyə, hamıya Tamaz Mikeladzenin öz siyasi baxışlarına görə, Tsalka Səfərbərlik və Hərbi Xidmətə Çağırış Komissarlığında işinə davam etmək imkanının olmayacağı məlum idi.

“Biz bilirdik ki, o, susmasa işdən azad olunacaqdı və yekunda, bu gün biz öyrəndikk ki, heç bir halda onun müqaviləsini davam etdirməyəcəklər, onu işdən azad ediblər” – Zaza Mikeladze bildirir.

Mülki fəalın açıqlamasına görə, atasının işdən azad edilməsinin səbəblərindən biri olaraq övladının müxalifətdəki fəallığı da qeyd olunub.
“Son illər ərzində o, ictimai şəkildə tənqidi mövqeyini qeyd etməkdən çəkinmirdi. Ancaq xüsusi olaraq ötən il, “rus qanunu” irəli sürüldükdən sonra bu daha da intensivləşdi. İndi “rus qanunu”-nun geri qaytarılmasından sonra yerli özünüidarə və “Gürcü Arzusu” nümayəndələri tərəfindən bu yanaşmanın aşılanmasına başlanıldı. Bu prosesin bu gün başlanmadığı aydındır, lakin kulminasiya nöqtəsinə “rus qanununa” qarşı etiraz səbəb olub”, – Zaza Mikeladze bildirir.

“Marneuli” radiosu Tsalka bələdiyyəsinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış Şöbəsinin rəhbəri ilə əlaqə saxlamağa çalışır, ancaq o, bizim zənglərimizə cavab vermir.

Bu gün, 14 may tarixində, Gürcüstan Parlamenti üçüncü oxunuşda “Gürcü Arzusu” tərəfindən irəli sürülmüş “rus qanunu”-nu müzakirə edəcək. Qanunun müzakirəsi ilə yanaşı Gürcüstan Parlamenti qarşısında etiraz aksiyaları da davam edir.

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google