İranda koronavirusdan ölənlərin sayı 18 nəfərə çatıb.
“Marneuli” radiosu
“Report” istinadən xəbər verir ki, bu barədə “Al Arabiya”
telekanalı məlumat yayıb.
Ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi Kiyanuş Cahanpur bildirib
ki, koronavirusa 28 yoluxma hadisəsi qeydə alınıb. Ölkənin daha 5
vətəndaşı virusun qurbanı olub. Qeyd edək ki, İranda koronavirusa
ilk yoluxma fevralın 19-da qeydə alınıb.
Daha əvvəl bildirilirdi ki, yoluxucu virusdan ölənlərin sayı 6
nəfərdir.
COVID-19 infeksiyası ilk dəfə ötən ilin dekabrında Çinin Uhan
şəhərində qeydə alınıb. Artıq bu ölkədə 2 442 nəfər yeni virusun
qurbanı olub. Çində koronavirusa yoluxanların sayı 76 939 nəfərə
çatıb, daha 22 888 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.