QHT-lər Gürcüstanda iki dəfə - 2021 və 2022-ci illərdə inqilaba
cəhd göstəriblər.
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
O, Avropa Parlamentinin ötən gün Gürcüstana qarşı qətnaməsinin
dəyərsiz olduğunu və şantaj mahiyyəti daşıdığını əlavə edib. Qeyd
edib ki, Gürcüstanın Aİ ilə vizasız rejimin ləğvi, sabiq Prezident
Mixeil Saakaşvilinin azadlığa buraxılması, Bidzina İvanişviiyə
sanksiyaların tətbiq edilməsi kimi çağırışların heç bir dəyəri
yoxdur.
Kobaxidze Gürcüstanın tərəfdaşlarının Gürcüstan rəsmiləri və xalqı
ilə şantaj dili ilə danışmamalı olduğunu əlavə edib.
“Viza prosedurlarının sadələşdirilməsi hökumətin və
Gürcüstan xalqının nailiyyətidir. Rəsmilərlə və Gürcüstan xalqı ilə
belə şantaj dilində danışmaq yerinə, məsələn, ABŞ Gürcüstanda
vizasız rejimin tətbiqinə çalışmalıdır”, - Kobaxidze
deyib.
Qeyd edək ki, ötən gün Avropa Parlamenti hakim “Gürcü Arzusu”
partiyasının “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi
əleyhinə qətnamə qəbul edib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.