Xüsusi İstintaq Xidmətindən verilən məlumata görə, xüsusi
nəzarətə alınan psixotrop vasitələri müvafiq icazə
və resept olmadan satan iki nəfər saxlanılıb.
“Gürcüstanın Maliyyə Nazirliyinin istintaq xidmətinin
əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və
istintaq hərəkətləri nəticəsində qanunsuz sahibkarlıq fəaliyyəti
ilə məşğul olan iki nəfər saxlanılıb.
İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər Şida Kartli
bölgəsində yerləşən öz gözəllik salonu və geyim mağazasından
qanunsuz maddi mənfəət əldə etmək məqsədilə müvafiq icazə və resept
olmadan xüsusi nəzarətə götürülən psixotrop dərman vasitələrinin
satışı ilə məşğul olublar.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda
psixotrop dərman aşkar edilərək götürülüb. İstintaq Gürcüstan
Cinayət Məcəlləsinin cəza olaraq 3 ildən 5 ilədək müddətə
azadlıqdan məhrumetməni nəzərdə tutan 192-ci maddəsi ilə
aparılır”, - məlumatda deyilir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.