Bakıda keçiriləcək noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası
(COP29) Cənubi Qafqaz ölkələri üçün iqlim dəyişikliyi sahəsində
regionun üzləşdiyi problemləri müzakirə etmək imkanıdır.
Bunu Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı
nazirinin birinci müavini Nino Tandilaşvili Asiya İnkişaf Bankının
(ADB) 57-ci illik toplantısı çərçivəsində "Mərkəzi Asiya Regional
İqtisadi Əməkdaşlıq (CAREC) regionunda
daha ekoloji cəhətdən təmiz
əlavə dəyər zəncirlərinin maliyyələşdirilməsi" adlı tədbirdə
deyib.
Onun sözlərinə görə, Gürcüstan "yaşıl sahə"də gündəliyini
genişləndirməyə çalışır:
“İqlim dəyişikliyini həll
etmək üçün təkcə uyğunlaşma deyil, həm də yeni standartların
tətbiqi vacibdir. COP29 Cənubi Qafqaz ölkələri üçün regiondakı
problemləri müzakirə etmək imkanıdır".
O, Gürcüstanın Avropa İttifaqına namizəd statusu aldığını
xatırladıb:
“İnteqrasiya prosesimiz intensivləşib, biz
üzərimizə düşən bütün məsuliyyəti tam başa
düşürük”.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.