Xəlilov Gürcüstan Parlamentinin üzvü Savalan Mirzəyevin onunla
bağlı səsləndirdiyi ksenofobiya bəyanatına münasibət bildirib.
“Mən dedim ki, o, axmaqdır” – Zaur
Xəlilov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi.
Zaur Xəilovun sözlərinə görə, Savaln Mirzəyevlə əlaqədar əlavə şərh
verməyin mənası yoxdur və Xəlilov, bildirdi ki,
“onu
vəzifəyə təyin edənlər …..”.
Marneulili mülki fəal Samirə Bayramova 16 dekabr tarixində bildirdi
ki, Parlament deputatı Savalan Mirzəyev ona zəng vurub və təhqir
edərək hədələyib. Samirə Bayramovanın sözlərinə görə, Savalan
Mirzəyevin qıcıqlanmasına Gürcüstan Parlamentinin İnsan Hüquqları
Komitəsində planlaşdırılmış görüşdə Zaur Xəlilovun iştirak edəcəyi
səbəb olub.
“Savalan Mirzəyev mənə zəng vuraraq əsəbi bir şəkildə
bildirdi ki, görüşdə iştirak edənlərdən, ondan, bundan xoşum
gəlmir. O, görüş iştirakçısından xoşu gəlmədiyini və onun erməni
olduğunu dedi. O, dedi ki, buna görə də əlimdən gələni edəcəyəm ki,
görüş baş tutmasın. “Mən sizin işlərinizi alt-üst edəcəyəm” –
dedi. Birbaşa o, bunu demək istəyirdi ki, nə vaxt ki, “mən oradayam
heç bir şəkildə mən icazə verməyəcəyəm”. Görünür ki, bizim
azərbaycanlı vəkilləri bu məsələ narahat edir ki, niyə yerli icma
nümayəndələri azərbaycanlıların ali səviyyədə görüşlər keçirilər və
s. Mirzəyev həmçinin əsəbiləşirdi ki, niyə başqa komitədə görüş
olduğundan onun xəbəri yoxdur. O, dedi ki, niyə görüşə Zaur Xəlilov
da gəlir. Dedi ki, “erməni Zaurla əməkdaşlıq edirsən, lakin bizim
Zauru tənqid edirsən". Kimin kiminlə şəxsi münasibəti var, bu mənə
aid deyil. Bu gün mən Zauru tənqid edirəmsə, bunun Savalanla
yaxından-uzaqdan əlaqəsi yoxdur. Mən kiməsə nə iləsə bağlı hesabat
verməyə məcbur deyiləm.”
16 dekabr tarixində, Gürcüstan Parlamentinin İnsan Hüquqlarının
Müdafiəsi və Mülki İnteqrasiya Komitəsində Novruz bayramının
istirahət günü elan edilməsi ilə bağlı müzakirə aparmalı idilər,
ancaq görüş təxirə salınıb.
“Marneuli” radiosu iki gündür Savalan Mirzoyevlə əlaqə saxlamağa
çalışır, ancaq o, bizim zənglərimizə cavab vermir.