Bu ilin I rübündə Gürcüstan Azərbaycandan 466 min ABŞ dolları
dəyərində şüşə və şüşə qablar idxal edib.
Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında
apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün
göstəricisindən 4 dəfə çoxdur.
Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 32 milyon ABŞ dolları
dəyərində şüşə və şüşə qablar alıb ki, bu da bir
il əvvəlki
göstəricidən 2,4 % azdır.
3 ay ərzində Gürcüstan Rusiyadan 12,9 milyon ABŞ dolları dəyərində,
Türkiyədən 4,6 milyon ABŞ dolları dəyərində, Ermənistandan 3,9
milyon ABŞ dolları dəyərində, İrandan 3 milyon ABŞ dolları
dəyərində, Çindən 2,9 milyon ABŞ dolları dəyərində məhsul idxal
edib.
Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 148 milyon ABŞ
dolları dəyərində şüşə və şüşə qablar alıb ki, bunun da 1 milyon
ABŞ dolları Azərbaycanın payına düşüb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.