Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Gürcüstanın Baş
naziri İrakli Kobaxidze ilə telefon danışığında Gürcüstandakı son
hadisələri müzakirə edib.
Bu barədə avropalı siyasətçi sosial şəbəkədə bildirib.
“Kobaxidze ilə telefon danışığında Gürcüstanda baş
verən son hadisələr müzakirə etdim və Aİ-nin öz ölkələrinin Avropa
gələcəyini birinci yerə qoyan bütün gürcülərə tam dəstəyini
təsdiqlədim”, – Mişel yazıb.
Onun
sözlərinə görə, “Gürcüstan vətəndaşlarının açıq demokratik və
plüralist cəmiyyət çağırışına qulaq asmaq lazımdır” və ölkənin
“həqiqi dialoqa ehtiyacı” var.
“Gürcüstanın gələcəyi Aİ-yə məxsusdur. Bu tarixi şansı
qaçırmayın”, – Aİ Şurasının Prezidenti
vurğulayıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.