Xütbə əsnasında Marneuli və Hucai yepiskopu ölkədə gedən proseslərə
münasibət bildirib.
Metropoliten Qiorqinin sözlərinə görə, ölkədə çətin proseslər gedir
və cəmiyyətin düzgün mövqe tutması vacibdir.
“Deyirlər ki, ölkədə çoxlu xeyriyyə işləri görmüş adam
sanksiya olunmalıdır, qaniçən totalitar rejimi yaradan şəxs isə
həbsdən azad edilməlidir.
Biz yaxşı xatırlayırıq ki, öz zülmü ilə hər ailəyə toxunan
totalitar rejim heyvandan da amansız hərəkət edir. Mən yaxşı
xatırlayıram Qərb bunu necə “demokratiyanın çırağı” adlandırdı. Ta
ki, gürcü xalqı onun rejimini çoxşaxəli cinayətlərdə ifşa edənə
qədər.
Cəmiyyətimizin sağlam bir hissəsi bu böyük təzyiqə tab
gətirməlidir. Qərbli dostlarımıza deyirik - bizi olduğumuz kimi
qəbul edin. Dəyərlərimiz, çoxəsrlik mədəniyyətimizlə biz Avropa
ailəsinə qoşulmaq istəyirik, lakin onlar bizə elə qəbuledilməz
şeylər təklif edirlər ki, gürcü insanı heç vaxt qəbul
etməyəcək”, - Marneuli və Hucabi yepiskopu Qiorqi
Camdeliani xütbədə bildirib.
წყარო:
rustavi2.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.