Aksiya əvəzinə evə – Marneulili müəllimlər fleşmoba qoşulublar
Gülgün Məmmədxanova, Natali Samxaradze, Aişən Qızbəsova, Temur Suğaşvili – bunlar Marneulidə işləyən müəllimlərdir. Onlar bu gün “Gürcü Arzusu”-nun planlaşdırdığı aksiyaya getmirlər, dərslərini keçibər və Gürcüstanın Avropaya gedən yolunu açıq şəkildə dəstəkləyirlər. Müəllimlər müxtəlif bələdiyyələrdən 29 aprel tarixində, sosial şəbəkədə fotolar yayımlayırlar ki, onlar məktəbdədirlər və “rus qanununa” yox deyirlər. Marneulili müəllimlərin bir qismi də bu fleşmoba qoşulub.

“Mən məzuniyyətdəyəm və aksiya ilə əlaqədar mənə heç kim heç nə deməyib. Ancaq bu gün özümə öhdəlik bildim və öz mövqeyimi bir daha ictimai şəkildə açıqladım ki, sabah azadlıqdan danışanda şagirdlərimdən utanmayım”,
– gürcü dili müəllimi Ayşən Qızbəsova bildirir.

“Uşaqlar soruşdular ki, müəllim siz də aksiyaya gedirsiniz? Cavab verdim ki, aksiya dünən idi, Gürcüstanın yarısı orada idi və mən başqa aksiya bilmirəm. Bir qız dedi ki, müəllim siz Avropanı istəyirsiniz və gülümsədi. Bəli, Avropanı istəyirəm! Hamımızın gələcəyi üçün ən yaxşısı budur”, – daha bir gürcü dili müəlliməsi bildirir.

Marneulidə işləyən daha iki müəllim – Temur Suğaşvili və Gülgün Məmmədxanova sosial şəbəkədə fotolar yayımlayıb.  
“Gürcü Arzusu” 29 aprel tarixində Parlament qarşısında “Rus qanununa” dəstək aksiyası elan edib. Marneuli uşaq bağçaları əməkdaşlarını aksiyaya getməyə məcbur edirlər. Bununla bağlı bir çox bağça müəllimi “Marneuli” radiosuna məlumat verib.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google