Lermontov küçəsində qəzalı vəziyyətdə olan binanın sökülməsi zamanı
üç fəhlə dağıntıların altında qalıb.
"InterpressNews"-un müxbirinin verdiyi məlumata görə, hadisə yerinə
polis, xilasedici və təcili yardım xidmətləri cəlb olunub.
Fövqəladə Halların İdarəolunması Xidmətinin məlumatına görə, hər üç
fəhlə klinikaya aparılıb.