Marneulinin aqrar bazarın adi qaydada fəaliyyətini davam etdirir.
Bazarda əhali sıxlığı hiss olunur.
Təxminən 70 piştaxta açıq məkanda ikitərəfli düzülüb və satıcıları
qəbul edir. Əraziyə maskasız daxil olmaq qadağandır.
Yerli sakinlərin “Marneuli” radiosuna bildirdiyinə görə, burada
müqayisədə ucuz alış-veriş edirlər və ərzaq almaq üçün kəndlərdən
gəlirlər.
Marneuli bazarı koronovirusun yayılmasının qarşısının alınması
məqsədi ilə bir ay müddətində bağlı qaldı. 27 aprel tarixində isə
yalnız aqrar bazar fəaliyyətə başladı.