"Ermənistanda fövqəladə vəziyyət rejimini
yüngülləşdirmək qərarı yaxın günlərdə elan ediləcək",
– deyə Ermənistanın baş nazirinin müavini Tiqran Avinyan
növbədənkənar parlament iclasında bildirib.
Onun sözlərinə görə, bir ailənin üzvlərinin toplandığı halda açıq
yerlərdə maska taxmaq öhdəliyi qaldırılacaq.
Bundan əlavə, Ermənistanın baş nazirinin müavininin sözlərinə görə,
mitinq və nümayişlərin keçirilməsinə qoyulan məhdudiyyətlər də
qaldırılacaq.
“Mitinqin nə keçirilmə müddətinə, nə də toplaşanların
sayına görə heç bir məhdudiyyət olmayacaq. Yalnız epidemioloji
qaydalara riayət etmək öhdəliyi qalacaq - maska taxmaq və sosial
məsafəni qorumaq."
Müəyyən məhdudiyyətlərin qaldırılması ilə paralel olaraq,
Ermənistanda fövqəladə vəziyyət rejimi sentyabrın 11-nə qədər
uzadılıb.
Bunlarla yanaşı, xarici vətəndaşlara 14 günlük karantini və ya
koronavirus testini keçdiyi təqdirdə Ermənistana girməsinə icazə
veriləcəkdir.
Bu gün, 13 avqusta olan rəsmi məlumatlara görə, ötən sutka ərzində
Ermənistanda koronavirusa 229 yoluxma halı aşkar edilmişdir. Ölkədə
təsdiqlənmiş Covid-19 hallarının sayı 41 mini keçib ki, bunlardan
da 33 897 nəfər sağalıb, 1047 nəfər isə ölüb.