Milli Ekologiya Agentliyinin məlumatına görə, 28-30 sentyabr
tarixlərində Gürcüstanın qərbində isti və əsasən yağmursuz hava
şəraiti davam edəcək.
Bəzi yerlərdə güclü şərq küləyi əsəcək.
Agentlikdən “InterpressNews”-a verilən məlumata görə, havanın
temperaturu +27, +32 dərəcə olacaq. Oktyabrın 1-də yağış yağacaq,
havanın temperaturu +23, +28 dərəcəyə qədər düşəcək.
Şərqi Gürcüstanda nisbətən sərin və qismən buludlu hava şəraiti
gözlənilir. Bəzi yerlərdə zəif yağış və duman ola bilər.
"Havanın hərarətinin +19, +24 dərəcə olacağı
gözlənilir. Tbilisidə az miqdarda yağış və duman gözlənilir.
Havanın hərarəti +21, +23 dərəcə olacaq", – məlumatda
deyilir.