"Dekabr ayında keçiriləcək Şərq Tərəfdaşlığı zirvə
görüşü Aİ ilə tərəfdaş ölkələr arasında əməkdaşlığın yaxın illər
üçün prioritetlərini müəyyən edəcək".
Bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter
Mixalko jurnalistlərə bildirib.
Səfirin sözlərinə görə, yüksək səviyyəli görüş çərçivəsində ətraf
mühit, yaşıl infrastruktur, rəqəmsal transformasiya, dayanıqlı
iqtisadiyyat və s. sahələr üzrə gələcək əməkdaşlığın prioritetləri
müəyyən ediləcək.
Xatırladaq ki, “Şərq Tərəfdaşlığı” proqramına 2009-cu ildə start
verilib. Onun əsas məqsədi 6 ölkə - Azərbaycan, Ermənistan,
Belarus, Gürcüstan, Moldova və Ukrayna ilə regional əməkdaşlığı
inkişaf etdirməkdir.
Mənbə: report.az