Metyu Miller - Gürcüstan parlamentinin qərarından dərin məyus olduq - əgər məqsəd şəffaflığı təşviq etməkdirsə, Kremldən ilham alan qanunlar yersizdir
ABŞ Dövlət Departamenti Gürcüstanın hakim Gürcü Arzusu partiyasının təqdim etdiyi “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsinin Kremldən ilhamlanaraq hazırlandığını bəyan edib.

Dövlət Departamentin mətbuat katibi Metyu Miller ABŞ-nin sözügedən qanun layihəsinə görə son dərəcə məyus olduğunu qeyd edib.

“Gürcüstan parlamentinin Kremldən ilhamlanaraq hazırlanmış “xarici təsir” qanununu irəli aparmaq qərarından ciddi məyus olduq. Məqsəd şəffaflığı təşviq etməkdirsə, Kremldən ilhamlanaraq hazırlanmış bu cür qanunvericilik aktı uyğun deyil. Biz bütün tərəfləri dinc toplaşmaq hüququnu qorumağa çağırırıq”, - Metyu Miller qeyd edib.

O qeyd edib ki, Aİ-nin bəyan etdiyi kimi, qanun layihəsinin qəbul edilməsi Gürcüstanı Avrointeqrasiya yolundan çıxara bilər.

“Biz Avropalı müttəfiqlərimizə qoşularaq Gürcüstan vətəndaşlarının böyük əksəriyyətinin arzularına – Aİ-yə tam inteqrasiya olmaq istəyinə zidd olan qanunları qəbul etməməyə çağırırıq. Gürcüstanın vətəndaşlara xidmət edən və Gürcüstan iqtisadiyyatını yaxşılaşdırmaq üçün çalışan canlı vətəndaş cəmiyyəti var. Təklif olunan qanun layihəsi qəbul olunacağı təqdirdə ifadə azadlığını məhdudlaşdıra, bu faydaları Gürcüstan vətəndaşlarına çatdıran təşkilatları ləkələyə və Gürcüstan vətəndaşlarının yüksək keyfiyyətli informasiyaya çıxışını təmin etməyə çalışan müstəqil media təşkilatlarına mane ola bilər”, - Metyu Miller qeyd edib.

Qeyd edək ki, Gürcüstan parlamenti ötən gün “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda təsdiqləyib. Qanunun qüvvəyə minməsi üçün daha iki oxunuşdan keçməsi lazımdır.

Mənbə: apa.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google