Qərbli dostlarımıza deyirik - bizi olduğumuz kimi qəbul edin, lakin onlar bizə elə qəbuledilməz şeylər təklif edirlər ki, gürcü xalqı heç vaxt onu qəbul etməyəcək - Marneuli və Hucabinin yepiskopu Qiorqi Camdeliani
Xütbə əsnasında Marneuli və Hucai yepiskopu ölkədə gedən proseslərə münasibət bildirib. Metropoliten Qiorqinin sözlərinə görə, ölkədə çətin proseslər gedir və cəmiyyətin düzgün mövqe tutması vacibdir.

“Deyirlər ki, ölkədə çoxlu xeyriyyə işləri görmüş adam sanksiya olunmalıdır, qaniçən totalitar rejimi yaradan şəxs isə həbsdən azad edilməlidir.

Biz yaxşı xatırlayırıq ki, öz zülmü ilə hər ailəyə toxunan totalitar rejim
heyvandan da amansız hərəkət edir. Mən yaxşı xatırlayıram Qərb bunu necə “demokratiyanın çırağı” adlandırdı. Ta ki, gürcü xalqı onun rejimini çoxşaxəli cinayətlərdə ifşa edənə qədər.

Cəmiyyətimizin sağlam bir hissəsi bu böyük təzyiqə tab gətirməlidir. Qərbli dostlarımıza deyirik - bizi olduğumuz kimi qəbul edin. Dəyərlərimiz, çoxəsrlik mədəniyyətimizlə biz Avropa ailəsinə qoşulmaq istəyirik, lakin onlar bizə elə qəbuledilməz şeylər təklif edirlər ki, gürcü insanı heç vaxt qəbul etməyəcək”,
- Marneuli və Hucabi yepiskopu Qiorqi Camdeliani xütbədə bildirib.

წყარო: rustavi2.ge

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google